“Səhnə ilə masa arxasında oxumağın fərqi çoxdur”


Şou-biznes 07 Noy 2019 13:38:00 251 0

“Səhnə ilə masa arxasında oxumağın fərqi çoxdur”

Əməkdar artist Sevda Ələkbərzadə AzTV-də yayımlanan "Gün başladı" verilişində qonaq olub.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi söhbət zamanı hər hansı bir məkanda ondan masa arxasında mahnı oxumaq təklif edənlərə səslənib.

"Məndən masa arxasında mahnı oxumağımı xahiş edəndə sevmirəm. Bu, uşaqlıqdan bəri belədir. Səhnə ilə masa arxasında oxumağın fərqi çoxdur. O qədər sənin ürəyindən gəlməlidir ki, oxuyasan. Sənətçiyəm, müğənniyəm deyə, bu, o demək deyil ki, etməliyəm", - müğənni bildirib.