Ana balasını vannada boğub öldürdü FOTO


Dünya 07 Noy 2019 12:54:00 306 0

Ana balasını vannada boğub öldürdü  FOTO

2 yaşlı qızını öldürən ana saxlanılıb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın Şimali Karolina ştatında yaşayan 35 yaşlı Marcie Montelongo azyaşlı qızını boğaraq öldürüb.

Polis departamentindən verilən məlumata görə, o, qızını vannada boğub, sonra da polisə zəng edərək cinayəti etiraf edib.

Qadının əməlini eşidən qohumları şoka düşüblər. Mətbuata açıqlama verən şəxslər onun çox yaxşı insan olduğunu düşündüklərini söyləyiblər.