Saxta spirtli içkilərdən 27 nəfər zəhərlənib


Dünya 07 Noy 2019 12:58:00 280 0

Saxta spirtli içkilərdən 27 nəfər zəhərlənib

İranın şimal-şərqində Şimali Xorasan vilayətində spirtli içkilərdən 27 nəfər zəhərlənib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Şimali Xorasan vilayətinin polis rəisi Əlirza Məzahiri deyib.

Ə.Məzahirinin sözlərinə görə, ötən ay ərzində baş verən zəhərlənmələr zamanı 3 nəfər həlak olub, bir nəfər isə görmə qabiliyyətini itirib.