"Azərsu" sədri əhaliyə verilən suyun keyfiyyətindən danışdı


Digərləri 07 Noy 2019 12:49:00 320 0

"Azərsu" sədri əhaliyə verilən suyun keyfiyyətindən danışdı

Bakıda su filtrlərinin reklamçıları "Azərsu"nun sakinlərə verdiyi suyu sərt şəkildə pisləyirlər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, bir çox hallarda su filtrləri özü çirklənmə mənbəyinə çevrilir: "Çünki həmin filtrlər çox ciddi xidmət tələb edir. Amma bu filtrlərin reklamı ilə "Azərsu"nun verdiyi suyun keyfiyyətinə şübhə formalaşdırırlar. Həmin şübhələrin heç bir əsası yoxdur. Bakıda əhaliyə verilən suyun keyfiyyəti yüksəkdir".