Saxta spirtli içkilərdən 27 nəfər zəhərlənib - Onlardan 3-ü ölüb


Digərləri 07 Noy 2019 11:19:00 245 0

Saxta spirtli içkilərdən 27 nəfər zəhərlənib - Onlardan 3-ü ölüb

İranın şimal-şərqində Şimali Xorasan vilayətində spirtli içkilərdən 27 nəfər zəhərlənib.

Bakı. Elnur Bağışov - İranın şimal-şərqində Şimali Xorasan vilayətində spirtli içkilərdən 27 nəfər zəhərlənib. Trend-in məlumatına görə, bunu İranın Şimali Xorasan vilayətinin polis rəisi Əlirza Məzahiri deyib. Ə.Məzahirinin sözlərinə görə, ötən ay ərzində baş verən zəhərlənmələr zamanı 3 nəfər həlak olub, bir nəfər isə görmə qabiliyyətini itirib. (adsgarden = window.adsgarden || []).push({}); Aparılan əməliyyat çərçivəsində 4 nəfər saxlanılıb. Spirtli içkilərin hazırlanmasında istifadə olunan 1 473 litr metanol aşkarlanaraq götürülüb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin