ABŞ Dövlət Departamentindən İŞİDin yeni başçısı barədə açıqlama


Dünya 07 Noy 2019 10:42:00 329 0

ABŞ Dövlət Departamentindən İŞİDin yeni başçısı barədə açıqlama

ABŞ, Əbu Bəkr əl-Bağdadinin məhv edilməsindən sonra İŞİD terror qruplaşmasının yeni lideri olmuş şəxsin kimliyi barədə demək olar ki heç nə bilmir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi brifinqdə bildirib.

Onun sözlərinə görə, Amerika hakimiyyəti silahlıların yeni lideri haqqında "demək olar ki heç nə bilmir".

Diplomat qeyd edib: "Onun kimliyi, yəqin ki, heç kimə məlum deyil. Heç kim onun keçmişi haqqında bilmir".