Biləcəri-Yalama dartı yarımstansiyalarının tikintisi başa çatmaq üzrədir (FOTO)


Digərləri 07 Noy 2019 10:36:00 284 0

Biləcəri-Yalama dartı yarımstansiyalarının tikintisi başa çatmaq üzrədir (FOTO)

Dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına dəmir yolunun Biləcəri-Yalama sahəsində dartı yarımstansiyaları tikilir.

Bakı. Ceyhun Ələkbərov - Enerji təchizatı sisteminin yenidən qurulması və təkmilləşdirilməsi “Azərbaycan Dəmir Yolları” QSC-nin apardığı yeniləşmə prosesinin əsas tərkib hissələrindən biridir. Dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına dəmir yolunun Biləcəri-Yalama sahəsində dartı yarımstansiyaları tikilir. Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildiriblər. Həmin yarımstansiyalar dartı cərəyanının sabit cərəyandan dəyişən cərəyana keçirilməsini təmin edəcək. Biləcəri-Yalama sahəsində Xızı rayonunda Yaşma, Siyəzən ərazisində Qızılburun, Xaçmazda Çarxı və Yalama dartı yarımstansiyalarının tikintisi başa çatmaq üzrədir. Binəqədi rayonundakı Biləcəri dartı yarımstansiyasında isə bu günədək işlərin 33.4 % yerinə yetirilib. Bununla da Biləcəri-Yalama sahəsində sabit cərəyanla işləyən mövcud 10 dartı yarımstansiyası dəyişən cərəyanla işləyən 5 yeni dartı yarımstansiyası ilə əvəzlənəcək.