Bakıda marketi qarət edənlərin görüntüləri kameraya düşdü VİDEO FOTO


Digərləri 07 Noy 2019 10:10:00 253 0

Bakıda marketi qarət edənlərin görüntüləri kameraya düşdü  VİDEO  FOTO

Nəsimi rayonunda yerləşən marketdə oğurluq hadisəsi baş verib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə 4-cü mikrorayon, Hüseyn Seyidzadə küçəsində İmanov Cavid Ağaisa oğluna məxsus marketdə qeydə alınıb.

2 nəfər naməlum şəxs əvvəlcə marketin ətrafında gəzişib. Oğrular yaxınlıqda heç kəsin olmadığına əmin olduqdan sonra marketin qoruyucu dəmirlərini və şüşə qapısını qıraraq içəri daxil olublar.

Mağaza sahibinin sözlərinə görə, oğrular mağazadakı ərzaq mallarına toxunmayıblar. Onlar sadəcə kassada olan 850 manat pulu götürərək qaçıblar.

(adsgarden = window.adsgarden || []).push({});