İran uranın zənginləşdirilməsi prosesinə başlayıb


Dünya 07 Noy 2019 08:42:00 241 0

İran uranın zənginləşdirilməsi prosesinə başlayıb

İran Fordodakı nüvə müəssisəsində uranın zənginləşdirilməsi prosesinə başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatı bildirib.

Təşkilatın açıqlamasında bildirilir: "Fordoda uranın zənginləşdirilməsi və istehsalı yenidən başlayıb, bütün addımlar Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında aparılır".