"Qarabağ" bu gün APOEL-in qonağı olacaq


Digərləri 07 Noy 2019 09:36:00 289 0

"Qarabağ" bu gün APOEL-in qonağı olacaq

Bu gün "Qarabağ" növbəti qarşılaşmasını keçirəcək.

Bakı. Ceyhun Ələkbərov - Bu gün "Qarabağ" növbəti qarşılaşmasını keçirəcək. Trend-in məlumatına görə, UEFA Avropa Liqasının (AL) qrup mərhələsində növbəti oyununu keçirəcək "Qarabağ" APOEL ilə qarşılaşacaq. Azərbaycan təmsilçisi APOEL-in stadionu “GSP Arena”da qonaq olacaq. Oyun Bakı vaxtı ilə saat 21:55-də nəzərdə tutulub.