Bitcoini 2017də bir balina bahalaşdırmışdı


Digərləri 07 Noy 2019 08:46:00 202 0

Bitcoini 2017də bir balina bahalaşdırmışdı

2017-ci ildə "Bitcoin"in qiyməti qısa müddətdə 20 min dollaradək qalxmışdı. Texas Universitetinin professoru John Griffinin astronomik qiymət yüksəlişinə ehtimalla bir manipulyasiya səbəb olduğu barədə iddiası sensasiya yaratmışdı.

Son.az "Marja"-ya istinadən xəbər verir ki, John Griffin bu iddiasını artıraraq, Bitcoin-in bahalaşmasının arxasında qiymətləri istəyinə görə hərəkət etdirmək gücünə sahib bir tək "balina" olduğunu söyləyib.

Griffin və Ohio State Universitetindən Amin Shams, kriptovalyuta platforması "Bitfinex" üzərində əməliyyat aparan bir nəfərin "Bitcoin"in müəyyən səviyyələrdən  aşağı düşməsi vəziyyətində qiymətləri yüksəltmək qabiliyyətinə malik olduğunu iddia edirlər.

Griffin, "Çatdığımız nəticələndirər "Bitcoin"in qiymətinin minlərlə sərmayəçi yerinə yalnız bir böyük sərmayəçi tərəfindən hərəkət etdirildiyini göstərir. İnsanlar illər sonra sərmayəçilərin tanımadığı və nəzarət edilməyən insanlara milyardlarla dollar təslim etdiyini öyrəndiyində çaşacaqlar" deyib.

(adsgarden = window.adsgarden || []).push({});