Ceyranbatan qəsəbəsində top mərmisi aşkar olunub FOTO


Digərləri 07 Noy 2019 08:53:00 315 0

Ceyranbatan qəsəbəsində top mərmisi aşkar olunub  FOTO

Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində top mərmisi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Mili.Az-a verilən xəbərə görə, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib və adı qeyd olunmuş əraziyə baxış keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tərkibində partlayıcı maddə olmayan 130 mm-lik top mərmisi (OF-482) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

(adsgarden = window.adsgarden || []).push({});