“TCL 100X6C” televizoru ucuz qiyməti ilə seçilir


Digərləri 07 Noy 2019 08:59:00 246 0

“TCL 100X6C” televizoru ucuz qiyməti ilə seçilir

Çinin "TCL" şirkəti (ucuz televizorlar və BlackBerry və Alcatel brendli telefonlar istehsalçısı) "100X6C" markalı nəhəng televizor nümayiş etdirib.

Son.az ictnews.az-a istinadən bildirir ki, məlumata görə, diaqonal ölçüsü 100 düym təşkil edən yeni modelin ekranının təsvir ölçüsü "4K" (3840 × 2160 piksel) formatlıdır. Bundan başqa, baxış bucağı 178 dərəcə, yenilənmə tezliyi isə 120 giqahersdir.

Tətbiq edilən prosessorun tipi barədə məlumat verilməsə də, "ağıllı" televizorun 3 giqabaytlıq operativ yaddaş və 32 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilməsi qeyd olunur.

Bundan əlavə, panel "Dolby DTS" texnologiyasını dəstəkləyən 2.1 standartlı audiosistemə malikdir. Çıxış gücü 20 vatt təşkil edir. Həmçinin kompüter şəbəkəsinə qoşulmaq üçün "Wi-Fi" simsiz rabitə adapteri mövcuddur.

(adsgarden = window.adsgarden || []).push({});