Yapon alimləri Antarktida və Ayda araşdırmalar üçün səyyar ev təqdim ediblər


Digərləri 07 Noy 2019 08:11:00 334 0

Yapon alimləri Antarktida və Ayda araşdırmalar üçün səyyar ev təqdim ediblər

Antarktidanın sərt hava şəraitində yeni bazalar qurmaq o qədər asan deyil, yüngül vaqonlar isə, demək olar, soyuqdan qorumur. Yapon konstruktorları tərəfindən Yer kürəsinin ən soyuq ərazilərində ekspedisiyalar aparmaq üçün hazırlanmış "səyyar ev" layihəsini gələcəkdə Ayda da istifadə etmək planlaşdırılır.

Son.az ictnews.az-a istinadən bildirir ki, Yaponiya Dövlət Qütb Araşdırmalar İnstitutunun nümayəndələri və "JAXA" agentliyinin əməkdaşları "səyyar ev" layihəsinin prototipini nümayiş etdiriblər. Ev layihəsi 6,1x2,5x3,05 metrlik iki blokdan ibarətdir. Hazır konstruksiyanın ümumi ərazisi 33 kv.metr təşkil edir. "Galvalume" örtüklü taxta divarlar -45,3 selsi dərəcə şaxtaya davamlıdır. Hər bir blok havalandırma sistemi, həmçinin istilik və enerji toplayan günəş panelləri ilə təchiz edilib.

Konstruksiya 2020-ci ilin fevralından sentyabrına kimi Antarktidadakı Seva stansiyasında sınaqdan keçiriləcək. Gələcəkdə bu layihənin işləmələrindən Ayda yaşayış binalarının qurulmasında istifadə etmək planlaşdırılır.

(adsgarden = window.adsgarden || []).push({});