Slovakiyada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə edilib


Siyasət 07 Noy 2019 08:12:00 303 0

Slovakiyada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə edilib

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın Xarici və Avropa İşləri Naziri Miroslav Layçak və ATƏT-in Minsk Qrupunun həmsədrləri Bratislavada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini müzakirə ediblər.

Son.az Trend-ə istinadən bildirir ki, görüşdə həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

Qeyd edilir ki, görüş zamanı M.Layçak ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişə tərəfləri ilə birgə gərginliyin azaldılması və sülhün təyin edilməsinə xidmət edən mühitin dəstəklənməsi üzrə gələcək addımların müzakirəsini davam etdiklərindən məmnunluğunu ifadə edib.

O, qeyd edib ki, Slovakiya, ATƏT-in sədri olaraq, bu məsələdə onlara kömək etməyə davam edəcəkdir.

Görüşdə həmçinin dekabrın 5-6-da Bratislavada keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasına hazırlıq məsələlərini də müzakirə edilib.