Sxiphol hava limanında pilot səhvən həyəcan düyməsini basıb YENİLƏNİB


Dünya 07 Noy 2019 08:22:00 252 0

Sxiphol hava limanında pilot səhvən həyəcan düyməsini basıb  YENİLƏNİB

Niderlandın Sxiphol hava limanında təyyarənin pilotu səhvən həyəcan düyməsini basıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu "Twitter"də təyyarənin məxsus olduğu "Air Europa" aviaşirkəti xəbər verib.

Aviaşirkətin məlumatında deyilir: "Amsterdam və Madrid arasında uçuş edən təyyarənin göyərtəsində hava limanında qaçırma hadisəsi ilə əlaqədar protokol üzrə əməliyyatı işə salan həyəcan düyməsi səhvən basılıb. Heç bir şey baş verməyib, bütün sərnişinlər yola düşmələrini gözləyirlər. Baş verənlərdən təəssüflənirik."

00:14

Niderlandın Sxiphol hava limanında fövqəladə vəziyyət elan edilib.