Bakıda mağazadan oğurluq edilib FOTO


Digərləri 07 Noy 2019 08:03:00 242 0

Bakıda mağazadan oğurluq edilib  FOTO

Paytaxtın Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsində yerləşən marketdən səhər saat 5 radələrində oğurluq edilib.

Son.az APA-ya istinadən xəbər verir ki, oğurluq anı müşahidə kameraları vasitəsilə də qeydə alınıb.

Məlum olub ki, iki naməlum şəxs əvvvəlcə mağazanın giriş qapısını açmağa çalışıb. Müxtəlif alətlərdən istifadə edən şəxslər içəri daxil olublar və kassada olan 850 manat pulu oğurlayıblar.

Faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları da məlumatlandırılıb. Hadisə yerinə gələn polis əməkdaşları müvafiq barmaq izləri götürüb.

(adsgarden = window.adsgarden || []).push({});