Tərtər çayında təhlükəli döyüş sursatları aşkar olunub FOTO


Digərləri 07 Noy 2019 07:55:00 266 0

Tərtər çayında təhlükəli döyüş sursatları aşkar olunub  FOTO

Tərtər çayının Bərdə rayonu ərazisindən keçən hissəsində, dəmiryolu körpüsünün altında partlayıcı qurğuya oxşar əşya tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Son.az-a verilən məlumata əsasən, by barədə məlumat Daxili İşlər Nazirliyinin Yevlax Xətt Polis Şöbəsindən daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib və adı qeyd olunmuş əraziyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 1 ədəd 14.5 mm-lik patron və 5 ədəd tərkibində heç bir partlayıcı maddə olmayan top mərmisinin gilizi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

(adsgarden = window.adsgarden || []).push({});