Trend BİA Seulda OANAnın XVII Baş Assambleyasında iştirak edir FOTO


Siyasət 07 Noy 2019 07:33:00 241 0

Trend BİA Seulda OANAnın XVII Baş Assambleyasında iştirak edir  FOTO

Seulda Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVII Baş Assambleyası işə başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, Dördgünlük sammit Koreyanın ən böyük xəbər agentliyi "Yonhap" tərəfindən təşkil edilib.

Bu il mövzusu jurnalistika və etibar məsələləri üçün yeni çağırışlar olan Baş Assambleyanın işində Trend-in baş direktorunun müavini Emin Əliyev iştirak edir.

Azərbaycan həmçinin AZƏRTAC dövlət agentliyi tərəfindən təmsil edilir.

Forumun işində 35-dən çox ölkədənin dövlət və böyük xəbər agentliklərinin nümayəndələri, habelə bir sıra beynəlxalq təşkilatların rəhbərləri iştirak edir.

Sammit çərçivəsində OANA ölkələrinin xəbər agentliklərinin foto sərgisi keçirilir. Trend BİA-nın də foto işləri sərgidə nümayiş etdirilir.

OANA 1961-ci ildə YUNESKO-nun təşəbbüsü ilə yaradılıb. Hazırda təşkilata Asiya və Sakit okeanı regionunun 33 ölkəsinin 44 agentliyi daxildir.