ÇL: "Real" "Qalatasaray"ı, "Totenhem" "Srvena Zvezda"nı darmadağın etdi (NƏTİCƏLƏR)


Digərləri 07 Noy 2019 02:24:29 228 0

ÇL: "Real" "Qalatasaray"ı, "Totenhem" "Srvena Zvezda"nı darmadağın etdi (NƏTİCƏLƏR)

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin növbəti oyunları keçirilib

Bakı. Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin növbəti oyunları keçirilib. Trend-in məlumatına görə, Türkiyə təmsilçisi "Qalatasaray" İspaniyanın "Real Madrid" klubuna səfərdə böyük hesabla məğlub olub - 6:0. Qollar: Rodriqo (4, 7 və 90+2-ci dəqiqələr), S.Ramos (14-cü dəqiqə, penalti), K.Benzema (45-ci və 81-ci dəqiqələr). Digər oyunlarda qeydə alınan nəticələr: "Bavariya" - 2:0 - "Olimpiakos" "Lokomotiv Moskva" - 1:2 - "Yuventus" "Atalanta" - 1:1 - "Mançester Siti"