Slovakiyada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə edilib


Digərləri 07 Noy 2019 01:15:32 262 0

Slovakiyada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə edilib

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın Xarici və Avropa İşləri Naziri Miroslav Layçak və ATƏT-in Minsk Qrupunun həmsədrləri Bratislavada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini müzakirə ediblər

Bakı. Ləman Zeynalova - ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın Xarici və Avropa İşləri Naziri Miroslav Layçak və ATƏT-in Minsk Qrupunun həmsədrləri Bratislavada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini müzakirə ediblər. Bu barədə Trend Slovakiya Xarici İşlər Nazirliyinə isitnadən xəbər verir. Məlumata əsasən, görüşdə həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib. Qeyd edilir ki, görüş zamanı M.Layçak ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişə tərəfləri ilə gərginliyin azaldılması və sülhün təyin edilməsinə xidmət edən mühitin dəstəklənməsi üzrə gələcək addımların müzakirəsini davam etdiklərindən məmnunluğunu ifadə edib. (adsgarden = window.adsgarden || []).push({}); O, qeyd edib ki, Slovakiya, ATƏT-in sədri olaraq, bu məsələdə onlara kömək etməyə davam edəcəkdir. Görüşdə həmçinin dekabrın 5-6-da Bratislavada keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasına hazırlıq məsələlərini də müzakirə edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin