Haymorit niyə yaranır Simptomlar, müalicə


Digərləri 06 Noy 2019 22:49:00 253 0

Haymorit niyə yaranır  Simptomlar, müalicə

Haymorit - burnun haymor ciblərinin (əng sümüyünün boşluqları) iltihabıdır. Onun klinik əlamətlərinə burun tənəffüsünün çətinləşməsi, burun yollarından selikli-irinli ifrazatın axması, burun kökü və qanadlarında intensiv ağrılar, zədələnmiş tərəfdə yanaq və göz qapağının şişkinliyi, bədən temperaturunun yüksəlməsi aiddir.

Müalicəyə vaxtında başlanıldıqda ağır fəsadların: otit, meningit, baş beynin absesi, göz yuvasının fleqmonası, osteomielit, ürək və böyrəklərin zədələnməsinin qarşısını almaq mümkündür.

Son.az medicina.az-a istinadən haymoritin yaranma səbəbləri və müalicə yollarını təqdim edir. 

Haymorit kəskin və ya xroniki formada gedə bilər. Beynəlxalq tibbi statistikanın məlumatlarına əsasən inkişaf etmiş ölkələrdə əhalinin təxminən 10%-də kəskin haymorit və digər sinusitlər müşahidə edilir. 5 yaşa qədər uşaqlarda xəstəliyə demək olar ki, rast gəlinmir. Bu da onlarda burunətrafı ciblərin tam inkişaf etməməsi ilə bağlıdır.

Haymoritin inkişaf mexanizmi

Haymor cibi - üst çənədə yerləşən hava ilə dolu boşluqdur. Əng sümüyünün bu boşluğu yuxarıdan göz yuvası, aşağıdan - ağız boşluğu, daxili hissədən isə burun boşluğu ilə ümumi sümük divarına malikdir.

Haymor cibi digər burunətrafı ciblərlə (2 alın, 2 xəlbirəbənzər və 1 əsas) bərabər aşağıdakı funksiyaları yerinə yetirir:

xarici atmosfer təzyiqinə nəzərən kəllə boşluqlarında təzyiqin bərabərləşməsində iştirak edir;

nəfəslə alınan havanı isidir və təmizləyir;

səsə fərdi xarakter verir

Bütün ciblər nazik dəlik vasitəsilə burun boşluğu ilə birləşirlər. Hər hansı bir səbəbdən bu dəliklər tutulduqda ciblərin ventilyasiya və təmizlənməsi pozulur. Boşluqda mikroblar toplanır, iltihab yaranır.

Haymoritin yaranma səbəbləri

haymorit 2Haymorit streptokokk, stafilokokk, xlamidiya, hemofil çöpü, mikoplazma, göbələk və viruslar tərəfindən törədilə bilər. Böyüklərdə haymorit adətən virus, Haemophilus influenzae və Streptococcus pneumoniae mənşəli olur. Uşaqlarda isə xəstəliyə əsasən xlamidiya və mikoplazma səbəb olur. Zəif orqanizmə və immun patologiyalarına malik olan xəstələrdə haymoritin törədicisi qismində sparofit mikroflora və göbələklər iştirak edir.

Haymoritin risk amilləri

Haymor cibinin normal ventilyasiyasını çətinləşdirən və onun daxilinə infeksiyanın keçməsinə şərait yaradan xəstəlik və vəziyyətlər aşağıdakılardır:

KRVİ, istənilən etiologiyalı kəskin və xroniki rinitlər;

uşaqlarda adenoidlər;

xroniki tonzillit və faringit;

kariesə uğrayan yuxarı azı dişlər, əng sümüyünün alveol çıxıntısında və ya dişlərdə aparılan cərrahi müdaxilələr;

burun yollarının anadangəlmə darlığı;

burun çəpərinin əyriliyi.

Fəsillə əlaqədar immunitetin zəifləməsi nəticəsində qış və payız aylarında haymoritin inkişaf ehtimalı yüksəlir.

Morfoloji dəyişikliklərin xüsusiyyətlərinə əsasən xroniki haymoritin aşağıdakı formaları ayırd edilir:

eksudativ (kataral və irinli xroniki haymorit). İrinin yaranması ilə səciyyələnir.

(adsgarden = window.adsgarden || []).push({});