Bakıda dördəm dünyaya gəlib


Digərləri 06 Noy 2019 22:35:00 251 0

Bakıda dördəm dünyaya gəlib

Bakıda yaşayan Qadadovlar ailəsində dördəm dünyaya gəlib.

Son.az xezerxeber.az-a istinadən xəbər verir ki, uşaqlardan 1-i oğlan, 3-ü isə qız övladıdır.

Keçən il ailə quran cütlük valideyn olmaq hissini yaşayırlar. Uşaqların vəziyyəti qənaətbəxşdir.

Uşaqların valideynlərinin sözlərinə görə, övladlarının dördəm olacağını biləndə təəccüb hissi keçiriblər.

Uşaqların anası Reyhan Qadadova deyib ki, artıq indidən uşaqları səhv salır. Körpələrə verilən adlarının isə maraqlı və bir o qədər də duyğusal tarixcəsi var.