Beyini və immuniteti bloklayan tərəvəzin dəhşətli fəsadı


Digərləri 06 Noy 2019 22:20:00 290 0

Beyini və immuniteti bloklayan tərəvəzin dəhşətli fəsadı

Kartof "qulların qidası" olub, onu yeyən insan kütləşir - Beyini və immuniteti bloklayan tərəvəzin dəhşətli fəsadı

Nəyə görə, əvvəllər Avropa, Şərq ölkələri, eləcə də I Pyotra qədər nə kralın, nə çarın, nə şahın, nə də kəndlilərin süfrəsində kartof yox idi?

Kartof ucuz başa gələn yem əvəzi bitki idi, onu mayyalılar heyvanlara verirdi. Daha sonra ucuz və tutumlu olduğu üçün qullara yemək kimi verirdilər. Kartof yedikdən sonra insanın sanki beyni sönür, o, iradəsiz olur, düşünmə, qərar qəbul etmə proqramı sönür, ona nə əmr etsən ağır-ağır onu icra edir. Bu da quldarlara sərf edirdi.

XVIII əsrə qədər Azərbaycanda, Qafqaz, türklər də kartofun nə olduğunu bilmirdi. 

İlk dəfə rus torpaqlarına I Pyotr tərəfindən gətirilib, yetişdirilib  və ondan sonra bütün kəndliləri və Rusiya İmperiyasına daxil olan xalqlara məcburi torpaq sahələrinə katrof əkmək əmr olunur. O vaxtlara kimi rus və ukraynalılar turp, çuğundur daha çox əkirdi.

Son.az medicina.az-a istinadən bildirir ki, tibbi baxımdan məlumdur ki, kartof orqanizmə heç bir fayda və enerji vermir. Kartof nişastadır, o, su ilə təmasdan şişir, eləcə də mədə şirəsi ilə kütləsini artırıb tez toxluq effekti yaradır. Kartof immun sistemi blok edir, beynin funksiyalarını tormozlayır. 

Kartof orqanizmdə şirəli, yapışqan selik yaradır ki, 90% hallarda orqanizm özü bu seliyi çıxara bilmir. Ona görə, kartofun qalıq materialı orqanizmdə qalıb çürüntü verir, irin yaradır.  

Bütün Həzm orqanlarını, 12barmaq və nazik bağırsağı sanki kleyləyir.  Kartof çox yedikdə, mineral və vitaminlərin, xüsusən yodun mənimsənilməsi dayanır.    Yoğun bağırsaqda kartof suyunu itirərək, bağırsaq divarına yapışır, nəcis daşları yaradır, bağırsağı sanki yapışdırır. 

Diabetin səbəbkarı

Kartof ən yüksək qlikemik indeksə malikdir: 95. Bu indeks bal ilə şəkəri qarışdıranda əmələ gələn rəqəmdir. Ona görə kartof yeyən kimi qana çox miqdarda qlükoza sıçrayır, insan sanki razılıq, həzz hissi yaşayır, doyur, orqanizmdə piy toplanması başlayır.

Amma cəmi 1 saat yarımdan sonra insan yenidən daha kəskin acır. Ona görə bütün fast-foodlarda kartof fri təklif edilir. 

(adsgarden = window.adsgarden || []).push({});