15 yaşlı oğlan hamamda boğulub öldü


Digərləri 06 Noy 2019 21:50:00 314 0

15 yaşlı oğlan hamamda boğulub öldü

İmişli rayonunda yeniyetmə oğlan dəm qazından zəhərlənib ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Şadlinski küçəsi ev 24-də baş verib.

Həmin ünvanda yaşayan 2004-cü il təvəllüdlü Həsənov Ramazan Bilal oğlu yaşadığı evin həyətindəki hamamda çimərkən dəm qazından zəhərlənib.

Azyaşlı hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır.