Pakistanda dengeyə yoluxanların sayı rekord vurdu


Dünya 06 Noy 2019 21:45:00 273 0

Pakistanda dengeyə yoluxanların sayı rekord vurdu

2019-cu il ərzində Pakistanda denge qızdırmasıbna yoluxanların sayı 44 min nəfərdən çox olub.

Son.az Trend-ə istinadən bildirir ki, bu göstərici ölkə tarixində rekord hesab olunub.

Bildirilir ki, il ərzində bu xəstəlikdən 66 ölüm halı qeydə alınıb.

Ən çox yoluxma halı paytaxt İslamabadda qeydə alınıb. Bu şəhərdə 12,4 mindən çox, Sind əyalətində 10,1 min, Pəncabda isə 9,2 min nəfər dengeyə yoluxub.