Bu il 1 tondan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb


Kriminal 06 Noy 2019 21:25:00 302 0

Bu il 1 tondan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Bu ilin 9 ayı ərzində daxili işlər orqanları tərəfindən müxtəlif adda 1 ton 74 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat-axtarış tədbirləri uğurla davam etdirilir.

Növbəti belə tədbir paytaxtın Maştağa qəsəbəsində həyata keçirilib. Əldə edilmiş əməliyyat məlumatı əsasında Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qəsəbə sakini Cahangir Hüseynov saxlanılıb. Onun yaşadığı evin zirzəmisinə baxış keçirilən zaman oradan ümumi çəkisi 7 kiloqram 400 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs narkotik vasitələrin ona məxsus olduğunu və bir müddət əvvəl həyətində əkdiyini, xüsusi qulluq edərək yetişdirəndən sonra qurutduğunu etiraf edib.