Çingiz Fərzəliyevin “Zamanın pillələri ilə” adlı fərdi sərgisi keçiriləcək


Digərləri 06 Noy 2019 20:48:23 214 0

Çingiz Fərzəliyevin “Zamanın pillələri ilə” adlı fərdi sərgisi keçiriləcək

Azərbaycan Milli İncəsənət Muzeyində Çingiz Fərzəliyevin “Zamanın pillələri ilə” adlı fərdi sərgisi açılacaq.

Bakı. Azərbaycan Milli İncəsənət Muzeyində Çingiz Fərzəliyevin “Zamanın pillələri ilə” adlı fərdi sərgisi açılacaq. Trend-in məlumatına görə, sərgi Əməkdar incəsənət xadimi, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Təsviri Sənət üzrə Dövlət Ekspert Komissiyasının sədri, professor Çingiz Fərzəliyevin yaradıcılıq fəaliyyətinin 50 illiyinə və Azərbaycan Respublikası Prezidenti tərəfindən təsviri sənətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilməsinə həsr olunub. Çingiz Fərzəliyev yaradıcılığının bütün sahələrini əhatə edən sərgidə rəssamın ilk sənət təcrübələri zamanından bu günümüzədək ərsəyə gətirdiyi əsərləri təqdim olunacaq. Eləcə də, iştirakçılar ekspozisiyada Çingiz Fərzəliyevin tədqiqat fəaliyyəti ilə tanış olacaqlar. Tədris vəsaitinə çevrilən - XX əsr Azərbaycan təsviri incəsənətinin 45 görkəmli nümayəndəsinə həsr edilmiş 36 kitabdan ibarət "Sərvət" fundamental silsiləsi və rəhbərlik etdiyi muzeyin geniş fəaliyyəti ilə bağlı müəllifi olduğu bu nəfis nəşrlər incəsənətimizə dəyərli töhfələr verib. (adsgarden = window.adsgarden || []).push({}); Çingiz Fərzəliyev Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Tbilisi Dövlət Rəssamlıq Akademiyasının fəxri doktoru, Özbəkistan Rəssamlıq Akademiyasının, Kembric Universitetinin Beynəlxalq Bioqrafik Mərkəzinin və V.İ.Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitutunun fəxri professorudur. O, bir çox mükafatlara, orden və medallara layiq görülüb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin