Hamilə qadın ərini silahlı şəxslərin əlindən xilas etdi


Dünya 06 Noy 2019 20:39:00 265 1

Hamilə qadın ərini silahlı şəxslərin əlindən xilas etdi

Hamilə qadın ərini və qızını silahlı şəxslərin əlindən xilas edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, ABŞ-ın Florida ştatının Litiya şəhərində iki nəfər maskalı şəxs Ceremi Kinqin evinə basqın ediblər. Onlar Kinqi və 11 yaşlı qızını silahla hədələyərək, pul tələb ediblər.

Kinqin səkkiz aylıq hamilə olan arvadı yataq otağından bu hadisəni görən kimi, onların yanına gəlib.

Soyğunçulardan biri onu vurmaq istəsə də, güllə yan keçib. Qadın cəld davranaraq, silahı götürüb və soyğunçulardan birini yaralayıb.

Çaş-baş qalan soyğunçular qaçmağa başlayıb.

(adsgarden = window.adsgarden || []).push({});