"Zabul Segah" muğamı təqdim edəcək


Kriminal 06 Noy 2019 20:19:00 270 0

"Zabul Segah" muğamı təqdim edəcək

Beynəlxalq Muğam Mərkəzi fəaliyyətinin əsas istiqaməti kimi çoxsaylı layihələr həyata keçirir.  

Son.az xəbər verir ki, elmi-tədqiqat, milli musiqi irsimizin araşdırılması və təbliği istiqamətində reallaşan layihələrdən biri də "Muğam axşamları" layihəsidir. Layihənin məqsədi əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış və kamilləşmiş muğam sənətimizi gələcək nəsillərə təbliğ etməkdir.

Noyabrın 29-da Beynəlxalq Muğam Mərkəzinin "Muğam axşamları"  layihəsi çərçivəsində Əməkdar artistlər, Beynəlxalq Muğam Mərkəzinin solistləri Ehtiram Hüseynov, Arzu Əliyeva və Bəyimxanım Nəbiyevanın ifasında "Zabul Segah" muğamı təqdim ediləcək.

Ifaçıları tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə "Buta" instrumental ansamblı müşayiət edəcək.