Tramp bu qərarını da ləğv etdi


Dünya 06 Noy 2019 20:09:00 311 0

Tramp bu qərarını da ləğv etdi

ABŞ Prezidenti Donald Tramp Suriyadakı neftin təhlükəsizliyini təmin etmək məqsədilə hərbi əməliyyatlara başlamaq üçün icazə verib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, nəticədə, Tramp terror təşkilatı olan PKK/YPG-nin idarəsində olan bölgəyə də əsgər göndərə biləcək.

Trampın qərarı İŞİD-lə mübarizəyə davam etmək, İranın bölgədəki nüfuzuna qarşı çıxmaq və PKK/YPG ilə ortaqlığa davam etmək üçün Suriyada qalmağın tərəfdarı olan komandirlər tərəfindən zəfər kimi dəyərləndirilir.