Prezident İlham Əliyev Neft Daşlarının 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik edib


Siyasət 06 Noy 2019 19:11:00 66 0

Prezident İlham Əliyev Neft Daşlarının 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik edib

Prezident İlham Əliyev Neft Daşlarının 70 illiyi münasibətilə Azərbaycan neftçilərinə təbrik məktubu göndərib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli neftçilər! Sizi Neft Daşlarının 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

1949-cu il noyabrın 7-də Bakıda, Neft Daşlarında ilk neft fontanının vurması və dünya təcrübəsində birinci dəfə açıq dənizdə neft hasilatına başlanması neft sənayesinin inkişafında mühüm hadisə idi. Məhz Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində dənizdə neftçıxarmanın mümkünlüyü ideyası gerçəkləşdi və dəniz akvatoriyalarının mənimsənilməsi epoxasının başlanğıcı qoyuldu. Bu, eyni zamanda, Azərbaycanın neft mütəxəssislərini ən qabaqcıl mövqelərə çıxardı. Nadir Neft Daşları yatağının kəşfi bir çox dənizlərdə axtarış-kəşfiyyat işlərinə güclü təkan verdi. Hazırda dünyada karbohidrogen hasilatının əsas hissəsi dəniz akvatoriyalarının payına düşür və dənizlərin dərinlikləri fəth olunmaqdadır. Fəxr edirik ki, həmin proseslərin mənbəyi bizim əfsanəvi Neft Daşlarıdır.

Ölkəmizin neft sənayesi tarixində müstəsna əhəmiyyətə malik Neft Daşlarında qazanılan təcrübə Xəzərin daha dərin sahələrində axtarış-kəşfiyyat işlərinin sürətləndirilməsinə əlverişli zəmin yaratmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik rəhbərliyi altında 1970-ci illərdə neft sənayesinin müasirləşdirilməsi istiqamətində görülən işlər qısa müddətdə yeni yataqların kəşfi və istismarına yol açmışdır. Ulu Öndər Neft Daşlarını respublikamızın alim və mütəxəssislərinin mühəndis fikrinin, elmi və texniki mədəniyyətinin milli təcəssümü kimi qiymətləndirmiş, müstəqil dövlətimizin uğurlu neft strategiyasının təməllərinin məhz Neft Daşlarında qoyulduğunu xüsusi vurğulamışdır. Azərbaycanın təşəbbüsü və liderliyi ilə bu gün də regional və qlobal miqyaslı enerji layihələri müvəffəqiyyətlə həyata keçirilir.

Ötən müddət ərzində böyük məsafə qət edərək dəniz şəraitində müasir infrastrukturlu istehsalat "şəhəri"nə çevrilən Neft Daşları indi öz inkişafının yeni mərhələsini yaşayır. Əminəm ki, Neft Daşları yatağının zəngin ehtiyatları bundan sonra da uzun illər ölkəmizin iqtisadi potensialının gücləndirilməsinə və xalqımızın həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edəcəkdir. Bu yolda hamınıza nailiyyətlər arzulayıram".

Dövlət Neft Şirkətinin bir qrup işçisi təltif edilib  Sərəncam like
  • 06 Noy 19:10  
Siyasət Dövlət Neft Şirkətinin bir qrup işçisi təltif edilib Sərəncam

Prezident İlham Əliyev Neft Daşlarının 70 illik yubileyi ilə əlaqədar Az

arrow Ətraflı
Dövlət Neft Şirkətinin bir qrup işçisi təltif edilib - Sərəncam like
  • 06 Noy 19:06  
Digərləri Dövlət Neft Şirkətinin bir qrup işçisi təltif edilib - Sərəncam

Prezident İlham Əliyev Neft Daşlarının 70 illik yubileyi ilə əlaqədar Az

arrow Ətraflı
Bir qrup şəxsə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib like
  • 06 Noy 19:06  
Siyasət Bir qrup şəxsə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib

Prezident İlham Əliyev Neft Daşlarının 70 illik yubileyi ilə əlaqədar Az

arrow Ətraflı
Azərbaycanlı və türkiyəli hüquqşünaslar petisiya imzalayıb like
  • 06 Noy 19:05  
Siyasət Azərbaycanlı və türkiyəli hüquqşünaslar petisiya imzalayıb

Azərbaycanlı və türkiyəli hüquqşünaslar ABŞ Konqresinin Nümayəndələ

arrow Ətraflı
“Her yerde sen” final edir like
  • 06 Noy 19:04  
Digərləri “Her yerde sen” final edir

Baş rollarını türkiyəli sənətçilər Furkan Andıç və Aybüke Pusatın

arrow Ətraflı
Bir qrup şəxsə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib like
  • 06 Noy 19:01  
Digərləri Bir qrup şəxsə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib

Prezident İlham Əliyev Neft Daşlarının 70 illik yubileyi ilə əlaqədar Az

arrow Ətraflı
Gömrükdə yük maşınlarının keçmə prosesinin müntəzəmliyi bərpa olundu like
  • 06 Noy 18:59  
Digərləri Gömrükdə yük maşınlarının keçmə prosesinin müntəzəmliyi bərpa olundu

Xəbər verdiyimiz kimi, son günlər ölkəmizin Rusiya Federasiyası ilə sər

arrow Ətraflı
“Həkim səhvinə görə oğlumu itirdim” like
  • 06 Noy 18:54  
Şou-biznes “Həkim səhvinə görə oğlumu itirdim”

"Səhnədə 10 "Leylim" var, həyatda isə bir "Leylim"

arrow Ətraflı
Əli Əsədov Bolqarıstanın Əmək və Sosial Siyasət naziri ilə görüşüb like
  • 06 Noy 18:49  
Siyasət Əli Əsədov Bolqarıstanın Əmək və Sosial Siyasət naziri ilə görüşüb

Baş Nazir Əli Əsədov Bolqarıstanın Əmək və Sosial Siyasət naziri ilə

arrow Ətraflı
"Sən kimsən məni ruhdan salırsan?" like
  • 06 Noy 18:44  
Şou-biznes "Sən kimsən məni ruhdan salırsan?"

Əməkdar artist Aybəniz Haşımova "Şou ATV" verilişinin qonağı

arrow Ətraflı
Rusiyada doqquz mərtəbəli bina çökdü like
  • 06 Noy 18:39  
Dünya Rusiyada doqquz mərtəbəli bina çökdü

Rusiyanın Norilsk bölgəsində doqquzmərtəbəli bina çöküb.

arrow Ətraflı