Sənaye sahəsində fəaliyyət göstərən KOBların məhsul və xidmətləri “CASPINDEXPO 2019” Sərgisində FOTO


Digərləri 06 Noy 2019 19:13:00 359 0

Sənaye sahəsində fəaliyyət göstərən KOBların məhsul və xidmətləri “CASPINDEXPO 2019” Sərgisində  FOTO

Kiçik və orta biznes subyektləri öz məhsul və xidmətlərini bu gün Bakı İdman Sarayında öz işinə başlamış 2-ci Beynəlxalq Sənaye Sərgisində ("CASPINDEXPO 2019") nümayiş etdirir.

Son.az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən Trend-ə verilən məlumata görə, agentliyin dəstəyi ilə sənaye sahəsində fəaliyyət göstərən KOB-lar üçün ayrılmış xüsusi stenddə bağ, ev və ofis mebelləri, alüminyum və plastik qablar, streç və folqalar, kağız və karton çantalar, istixana konstruksiyaları və aksesuarları, dəmir və taxta məmulatlar, işıq dirəkləri və s. məhsullar, eləcə də sənaye avadanlıqlarının təmiri və quraşdırılması xidməti təqdim edilir.

Sərgi çərçivəsində KOB-lar sərgi ziyarətçilərinə öz məhsul və xidmətlərini təqdim etməklə yanaşı, yerli və xarici şirkətlərlə əlaqələr qurur, əməkdaşlıq və satış imkanlarına dair müzakirələr aparırlar.