8 hərbçini qətlə yetirən əsgər qətliamın səbəbini açıqladı


Dünya 06 Noy 2019 19:19:00 307 0

8 hərbçini qətlə yetirən əsgər qətliamın səbəbini açıqladı

8 hərbçini qətlə yetirən rusiyalı əsgər Ramil Şamsutdinov qətliamın səbəblərini açıqlayıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, onun qətliamı törətməsinə səbəb hərbi hissədə hökm sürən "dedovşina" və aşağılama hərəktələri olub. "Hadisə baş verən günü məni zorlamaq barədə xəbərdarlıq etdilər. Hətta leytenant həmin gün mənə dedi ki, karauldan sonra bilirsən də nə olacaq, hamısından olacaq", - R. Şamsutdinov deyib.

O, əlavə edib ki, ona qədər belə hadisələr digər gənc əsgərlərin də başına gətirilib. Şamsutdinov onu da etiraf edib ki, aşağılama elə onun hərbi hissəyə düşüdüyü gündən başlayıb:

"Mənim telefonumu və pullarımı aldılar. Bu barədə valideynlərimə məlumat vermədim ki, onlar narahat olarlar".