Rostov-Bakı marşrutunda xəsarət alanlardan 1-i Stovropola köçürüldü


Digərləri 06 Noy 2019 19:15:00 218 0

Rostov-Bakı marşrutunda xəsarət alanlardan 1-i Stovropola köçürüldü

Rostov-Bakı marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan 8 nəfərdən 1-i Stovropol Xəstəxanasına köçürülüb.

Bakı. Samir Əli - Rostov-Bakı marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan 8 nəfərdən 1-i Stovropol Xəstəxanasına köçürülüb. Bunu Trend-ə açıqlamasında Stavropoldakı Azərbaycan diasporunun rəhbəri Fəxrəddin Yarıyev deyib. Onun sözlərinə görə, həmin şəxs Həşimov Babaşah Ağamalı oğludur. Hazırda onun vəziyyəti kafidir. Hadisə nəticəsində xəsarət alanlar - sürücü, 1967-ci il təvəllüdlü Vəliyev Aydın Cavanşir oğlu, 1971-ci il təvəllüdlü Sənubər Turabova, 1997-ci il təvəllüdlü Əbdurrahmanov Eyyub Cabbar oğlu, 1962-ci il təvəllüdlü Baxışov Fikrət Məmmədzadə oğlu, 1995-ci il təvəllüdlü Sultanov Cəmil Ramazan oğlu, Abdullayeva Şahiyə Malik qızı və və Mütəllimov Qələmşah Mütəllim oğlunun isə müalicələri Blaqodarnıy Xəstəxanasında davam etdirilir. Onlardan 2-i reanimasiyadadır, vəziyyətləri orta-ağır qiymətləndirilir. (adsgarden = window.adsgarden || []).push({}); Xatırladaq ki, noyabrın 4-də axşam saatlarında Rostov-Bakı marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusu qəzaya uğrayıb. Qəza Budyonovski yaxınlığında Blaqodarnıy qəsəbəsində baş verib. Hadisə nəticəsində 8 nəfər xəsarət alıb. Yaralıların hamısı azərbaycanlılardır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin