Azərbaycanlı və türkiyəli hüquqşünaslar petisiya imzalayıb


Siyasət 06 Noy 2019 19:05:00 248 0

Azərbaycanlı və türkiyəli hüquqşünaslar petisiya imzalayıb

Azərbaycanlı və türkiyəli hüquqşünaslar ABŞ Konqresinin Nümayəndələr Palatasının qəbul etdiyi qondarma "erməni soyqırımı" haqqında qətnaməyə etiraz olaraq petisiya imzalayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, petisiya "change.org" saytında yerləşdirilib.

Petisiyada qeyd olunur ki, "soyqırım"ın tanınması aktı mənasız və əsassızdır:

"Bundan başqa, biz hesab edirik ki, amerikalı deputatların qərarı Türkiyənin Suriyadakı hərbi əməliyyatlarından narazılıq nəticəsində meydana çıxıb".

Petisiya müəllifləri Dövlət Departamenti tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindən ABŞ-a getmək üçün marionet rejimin agentlərinə viza verilməsindən dərin narahatlıqlarını bildirib:

"Bu cür addımlar Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesinə zərər vurur. Bu səfərlərə icazə verilməsi ABŞ-ın Minsk qrupu həmsədri qismində öhdəliklərinə, eləcə də dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə ziddir. ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger bir sıra konqresmenlərin işğalçı rejimin "təmsilçiləri"ni qəbul etməsi ilə bağlı açıqlamalarında ABŞ-ın Dağlıq Qarabağdakı rejimi tanımadığını və Minsk qrupu prosesini dəstəklədiyini bildirsə də, biz bu səfərləri turistik səfər hesab etmirik və gələcəkdə bu cür səfərlərin əleyhinəyik".