Bir qrup şəxsə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib


Digərləri 06 Noy 2019 19:01:58 215 0

Bir qrup şəxsə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib

Prezident İlham Əliyev Neft Daşlarının 70 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Bakı. Prezident İlham Əliyev Neft Daşlarının 70 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Neft Daşlarının 70 illik yubileyi ilə əlaqədar və neft sənayesinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin: Əliyev Ağasəf Dünyamalı oğlu Qurbanov Rəhman Əlisgəndər oğlu Məmmədov Aqil Nəcəfəli oğlu. Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin