"Sən kimsən məni ruhdan salırsan?"


Şou-biznes 06 Noy 2019 18:44:00 314 0

"Sən kimsən məni ruhdan salırsan?"

Əməkdar artist Aybəniz Haşımova "Şou ATV" verilişinin qonağı olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, müğənni sənət aləmində son vaxtlar baş verənlərdən danışıb. O bildirib ki, bayağı mahnılar get-gedə daha aktual olub:

"Səhnənin qanunları var. Düşündüyümüzü, ürəyimizdən hər keçəni söyləməməliyik. Niyə mənim Fərid Məmmədov kimi tələbəm başqa ölkədə fəhlə işləməlidir. Gedib başqa ölkədə qala bilmərəm. Mənim meyidim gedər başqa ölkəyə. Mənim mədəniyyətimi bu günə qoymayın. Bu nə biabırçılıqdır? Efirlərə buraxılan mahnılar nədir? Demirəm, yenilik olmasın. Özüm də tələbələr yetişdirirəm. Bayağı oxuyanların içində mənim də keçmiş tələbələrim var. deyirəm, bu nədir oxumusan? Qayıdır ki, başqa mahnı oxuyanda, efirə çağırmırlar, toya aparmırlar. Pulun dalıyca qaçmayın, qoyun, ruzi gəlib sizi tapsın".

Haşımova solo konsertə hazırlaşdığını və ondan sonra səhnədən gedəcəyini deyib:

"Konsert boyunca oxuyacam, sonra isə son sözümü deyəcəm. Məndən inciməsinlər, amma qəlbim qırılıb. Hətta ola bilsin deyim ki, mənim səsimi heç yerdə verməyin, istəmirəm Aybəniz Haşımovanı eşidim. Son şeirimi yazmışam, bütün karyerama son verəcək.