Azərbaycanlı və türkiyəli hüquqşünaslar Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” haqqında qətnaməsinə etiraz olaraq petisiya imzalayıb


Digərləri 06 Noy 2019 18:55:00 236 0

Azərbaycanlı və türkiyəli hüquqşünaslar Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” haqqında qətnaməsinə etiraz olaraq petisiya imzalayıb

Азербайджанские и турецкие юристы подписали петицию под названием «Нет Azərbaycanlı və türkiyəli hüquqşünaslar ABŞ Konqresinin Nümayəndələr Palatasının qəbul etdiyi qondarma “erməni soyqırımı” haqqında qətnaməyə etiraz olaraq petisiya imzalayıb

Bakı. Ləman Zeynalova - Azərbaycanlı və türkiyəli hüquqşünaslar ABŞ Konqresinin Nümayəndələr Palatasının qəbul etdiyi qondarma “erməni soyqırımı” haqqında qətnaməyə etiraz olaraq petisiya imzalayıb. Trend-in məlumatına görə, petisiya “change.org” saytında yerləşdirilib. Petisiyada qeyd olunur ki, “soyqırım”ın tanınması aktı mənasız və əsassızdır: “Bundan başqa, biz hesab edirik ki, amerikalı deputatların qərarı Türkiyənin Suriyadakı hərbi əməliyyatlarından narazılıq nəticəsində meydana çıxıb”. Petisiya müəllifləri Dövlət Departamenti tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindən ABŞ-a getmək üçün marionet rejimin agentlərinə viza verilməsindən dərin narahatlıqlarını bildirib: “Bu cür addımlar Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesinə zərər vurur. Bu səfərlərə icazə verilməsi ABŞ-ın Minsk qrupu həmsədri qismində öhdəliklərinə, eləcə də dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə ziddir. ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger bir sıra konqresmenlərin işğalçı rejimin "təmsilçiləri"ni qəbul etməsi ilə bağlı açıqlamalarında ABŞ-ın Dağlıq Qarabağdakı rejimi tanımadığını və Minsk qrupu prosesini dəstəklədiyini bildirsə də, biz bu səfərləri turistik səfər hesab etmirik və gələcəkdə bu cür səfərlərin əleyhinəyik”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin