Seulda OANAya üzv agentliklərin rəhbərləri və nümayəndələri üçün rəsmi qəbul təşkil olunub FOTO


Digərləri 06 Noy 2019 18:47:00 283 0

Seulda OANAya üzv agentliklərin rəhbərləri və nümayəndələri üçün rəsmi qəbul təşkil olunub  FOTO

Noyabrın 7-də Koreya Respublikasının paytaxtı Seulda Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVII Baş Assambleyası öz işinə başlayacaq.

Bununla əlaqədar noyabrın 6-da OANA-ya üzv agentliklərin rəhbərləri və nümayəndələrinin şərəfinə Seul şəhərinin meri Park Von Sunun iştirakı ilə rəsmi qəbul təşkil edilib.

Yonhap agentliyinin prezidenti Ço San Bo Baş Assambleyanın keçirilməsi ilə bağlı görülən işlər barədə məlumat verib. O, üzv agentliklərin təşkilatın işində yaxından iştirak etdiyini bildirərək AZƏRTAC-ın OANA-ya sədrliyi dövrünün bir sıra yeniliklərlə yadda qaldığını vurğulayıb. 

Sosial şəbəkələrin və onlayn medianın sürətlə inkişaf etdiyi bir vaxtda informasiya agentliklərinin rolunun daha da artdığını deyən Seul şəhərinin meri Park Von Su OANA-nın jurnalistikanın əsasını təşkil edən dəyərli ənənələri qoruyub saxlamasından məmnunluğunu ifadə edib. Yeni texnologiyaların jurnalistikanın inkişafına təsir etdiyini deyən mer bunun mətbuat üçün həm çağırışlar yaratdığını, həm də yeni imkanlar açdığını söyləyib.