"Onlar qanı pozulmuş aciz bir kütlədir"


Şou-biznes 06 Noy 2019 18:34:00 260 0

"Onlar qanı pozulmuş aciz bir kütlədir"

"Telekanallarımızda bayağı ifaçıların dövrü bitəcəkmi?"

Son.az bu sualla müsahibi olan məşhur ekstrasens Zirəddin Rzayevə müraciət edib.

Zirəddinin cavabından (proqnoz) sonra bəlkə də bir çox mədəniyyət xadimləri, sənətkarların yuxusu ərşə çəkiləcək:

"Ortaya belə bir sual doğur: "Niyə xalq bayağı mahnı oxuyan sənətçilərə üstünlük verir, nədən onlara maraq göstərirlər?" Bunu nəzərə almaq lazımdır. Mən bir kliniki-tibbi psixoloq kimi sizə deyirəm ki, məsələnin kökü xalqın maariflənməsində, intellektual səviyyəsinin qaldırılmasındadır. Bir alimlə bir kənd adamını qarşı-qarıya qoysan bir-birilərini başa düşməyəcəklər. Ona görə də xalqla xalqın dilində danışan, xalqın psixologiyasını tutan dırnaqarası sənətçilər var. Bunun da səbəbi xalqın içində çox faiz kütlənin intellektual səviyyəsinin aşağı olmasıdır.