Rusiyada doqquz mərtəbəli bina çökdü


Dünya 06 Noy 2019 18:39:00 302 0

Rusiyada doqquz mərtəbəli bina çökdü

Rusiyanın Norilsk bölgəsində doqquzmərtəbəli bina çöküb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bina uzun müddətdir qəzalı vəziyyətə olduğundan və orada heç kim yaşamadığından xəsarət alan olmayıb. Ancaq uçqun zamanı yaxınlıqda uşaqlar oynayıblar.

Kadrlardan da göründüyü kimi binanın dağıntı anında uşaqlar qışqıraraq qaçmağa başlayıb.

Şəhər rəhbərliyinin mətbuat xidmətindən verilən məlumata görə, binanın ətrafındakı hasar bütün texniki tələblərə uyğun qurulub və obyektdə Lipetskdən olan təcrübəli podratçılar işləyib.

(adsgarden = window.adsgarden || []).push({});