Aİİ-nin rektoru Bolqarıstan İslam Akademiyasında Beynəlxalq Konfransda iştirak edib (FOTO)


Digərləri 06 Noy 2019 18:23:00 260 0

Aİİ-nin rektoru Bolqarıstan İslam Akademiyasında Beynəlxalq Konfransda iştirak edib (FOTO)

Konfransda Rusiya ilə yanaşı, dünyanın bir çox ölkəsindən dinşünas və islamşünas alimlər iştirak edib.

Bakı. Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyinin və Tatarıstan Respublikası Müsəlmanları Ruhani İdarəsinin dəstəyi ilə Bolqarıstan İslam Akademiyası və Sankt-Peterburq Dövlət Universitetinin təşkil etdikləri “Müasir təhsil sistemində islamşünaslıq və İslam ilahiyyatı: problemlər və perspektivlər” mövzusunda Beynəlxalq Konfransda iştirak edib. İnstitutdan Trend-ə verilən məlumata görə, Aİİ rektoru Ceyhun Məmmədov konfransda “Müasir dövrdə Azərbaycanda din təhsili: Azərbaycan İlahiyyat İnstitutunun nümunəsində” mövzusunda məruzə edib. İnstitut rəhbəri ölkəmizdə din təhsilinin tarixindən, Aİİ-nin fəaliyyətinin təşkili istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən ətraflı bəhs edib. O, qeyd edib ki, ali təhsil müəssisəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradılıb. C.Məmmədov bildirib ki, tədrisin təşkili istiqamətində Rusiya, Türkiyə, Orta Asiya respublikalarının, Avropa və ərəb ölkələrinin, həmçinin Amerika Birləşmiş Ştatlarının təcrübəsi öyrənilir, bütün bunlarla yanaşı, gələcəkdə İnstitutda elmi tədqiqat mərkəzlərinin, rus, ingilis və ərəbdilli qrupların yaradılması, Yəhudilik və Xristianlıq üzrə mütəxəssislərin hazırlanması da nəzərdə tutulur. C.Məmmədov beynəlxalq əlaqələrin qurulmasına xüsusi önəm verildiyini, bu məqsədlə Rusiya, Türkiyə, İndoneziya, Malayziya və Özbəkistan kimi ölkələrin bu sahədə tanınmış ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu Konfrans iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, məqsədimiz İnstitutda təhsil alanların öz sahələrinin peşəkarı olmaqla yanaşı, bütün dinlərə qarşı dözümlü və qərəzsiz olan ilahiyyatçı kadrlar hazırlamaq, milli-mənəvi dəyərləri qorumaqdır. (adsgarden = window.adsgarden || []).push({}); Məlumat üçün bildirək ki, konfransda Rusiya ilə yanaşı, dünyanın bir çox ölkəsindən dinşünas və islamşünas alimlər iştirak edib. Konfransın məqsədi ilahiyyat sahəsində mütəxəssislərin hazırlanması, Rusiya və digər ölkələrdə təhsil müəssisələrinin müasir şəraitdə dini və dünyəvi təhsil sahəsində təcrübə mübadiləsinin aparılmasıdır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin