IDEA “Ekoskaut” layihəsi uğurla davam edir


Digərləri 06 Noy 2019 18:09:00 303 0

IDEA “Ekoskaut” layihəsi uğurla davam edir

IDEA İctimai Birliyinin təşəbbüsü ilə start verilən və gənclərin böyük marağına səbəb olan "Eko-skaut" layihəsi uğurla davam edir.

Son.az xəbər verir ki, İctimai Birlikdən Trend-ə verilən məlumata görə, noyabrın 5-də IDEA-nın Zirə Mədəniyyət Mərkəzində yerləşən resurs mərkəzində eko-skaut layihəsinə qoşulmaq üçün qeydiyyatdan keçən yeni üzvlərlə görüş keçirilib.

Qeyd edək ki, sözügedən layihəyə 2017-ci ilin mart ayında start verilib. Layihənin məqsədi gəncləri təbiətin mühafizəsinə cəlb etmək, onları təbiətin bəxş etdiyi sərvətlərdən qənaətlə və düzgün istifadəyə təşviq etmək, canlı aləmi dərindən öyrənməyə və qorumağa, eləcə də cəmiyyətdə faydalı ekoloji işlərlə məşğul olmağa sövq etməkdən ibarətdir.

IDEA eko-skaut layihəsi gənclərə planetimiz üçün təhlükə yaradan ekoloji problemləri dərk etmək və bu problemlərin həllinə digərlərini də cəlb etməklə, bu ictimai hərəkatda iştirak etmək və onun lideri olmaq imkanı yaradır.

IDEA eko-skautu olmaq istəyən gənclərə görüş zamanı layihənin mahiyyəti, eko-skautların öhdəlikləri, onların fəaliyyət prinsipləri, gündəlik eko-skaut qaydaları, eko-skaut klubuna üzv olmağın yolları, üzvlük kartı və yüksək statuslu kartlar almağın yolları, balların toplanma mexanizmi haqqında ətraflı məlumat verilib.