Azərbaycan XİN Rusiyaya etiraz notası verib


Siyasət 06 Noy 2019 17:14:00 36 0

Azərbaycan XİN Rusiyaya etiraz notası verib

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov Xarici İşlər Nazirliyinə çağırılıb və onunla Xarici İşlər nazirinin müavini Xələf Xələfov görüş keçirib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, görüş zamanı Rusiyanın ölkəmizdəki səfirinə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin "təmsilçiləri" Masis Mayilyan və Lernik Hovhannisyanın RF-yə səfər etməsi ilə əlaqədar XİN-in etiraz notası təqdim edilib.

Notada Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma qurumun "nümayəndələri"nin Rusiya ərazisinə daxil olması və orada bir sıra rusiyalı ekspertlər və akademik mərkəzlərin təmsilçiləri ilə görüşlərin keçirilməsi Ermənistanın artıq 30 ilə yaxındır ki, işğal olunmuş ərazilərdə status-kvonu möhkəmləndirməyə cəhd edərək, Azərbaycan ərazilərini işğal altında saxlamağa xidmət etdiyi qeyd olunub.

Nazirlik bu kimi səfərlərin dəyişməz olaraq təxribat xarakter daşıdığını və Azərbaycan Respublikasının suverenliyə və ərazi bütövlüyünə qarşı yönəldiyini vurğulayaraq, danışıqlar prosesinə zərbə vurduğu və Azərbaycanla Rusiya arasında mövcud olan səmimiyyət və yüksək etimada kölgə saldığı, habelə 3 iyul 1997-ci il tarixli "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə"nin müddəaları ilə qəti şəkildə uzlaşmadığı barədə mövqeyi Rusiya tərəfinə çatdırıb.

Qeyd olundu ki, Rusiya tərəfinin bu cür səfərlərə çəxsi səfər qismində baxdığını dəfələrlə bəyan etməsinə baxmayaraq, işğal edilmiş ərazilərdəki qeyri-qanuni "hakimiyyət orqanları"nın "nümayəndələri" Rusiya ərazisindən Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin möhkəmləndirilməsi məqsədilə istifadə etməkdə davam edirlər.

Eyni zamanda, qondarma qurumun "nümayəndələri"nin Rusiya ərazisinə səfər etməsi və orada işğal nəticələrini təbliğ etməsinə imkan yaradılması RF-nin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədri mandatında vasitəçi kimi öhdəlikləri, eləcə də BMT Təhlükəsizlik Şurasının daimi üzvü qismində hələ 1993-cü dəstəklədiyi 822, 853, 874 və 884 saylı qətnamələri ilə uzlaşmadığını bildirilib. O da xüsusi vurğulanıb ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin missiyası münaqişənin sülh yolu ilə həllinə dair bütün məsələlərdə qərəzsiz münasibət bəsləməkdir.

Bununla əlaqədar Azərbaycan tərəfi bu kimi qanunsuz səfərlərin qarşısının alınması istiqamətində Rusiya tərəfindən bütün zəruri tədbirlərin görülməsi gözlədiyini səfir M.Boşarnikovun diqqətinə çatdırdı.

Səfir M.Boçarnikov Rusiya tərəfinin münaqişə üzrə mövqeyinin məlum və dəyişməz olduğunu, eləcə də hər-hansı tanınmamış qurumların "nümayəndələri"nin RF ərazisinə daxil olmasının bu ölkənin rəsmi mövqeyini əks etdirmədiyini vurğulayıb. O, həmçinin Azərbaycan tərəfinin etirazı barədə RF XİN-ə məruzə edəcəyini bildirib.

Zakir Qaralov əmr imzaladı: Korrupsiyaya qarşı Mübarizə İdarəsində yeni rəis təyinatı like
  • 06 Noy 17:09  
Digərləri Zakir Qaralov əmr imzaladı: Korrupsiyaya qarşı Mübarizə İdarəsində yeni rəis təyinatı

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yeni t

arrow Ətraflı
Yanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq like
  • 06 Noy 17:04  
Digərləri Yanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq

1 yanvar 2020-ci ildən etibarən icbari tibbi sığortanın (bundan sonra İTS)

arrow Ətraflı
Azərbaycan XİN Rusiyaya etiraz notası verib like
  • 06 Noy 17:02  
Digərləri Azərbaycan XİN Rusiyaya etiraz notası verib

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və səlah

arrow Ətraflı
Milli Məclisin komitələrində büdcə müzakirələri sona çatdı, plenar iclasa tövsiyə olundu like
  • 06 Noy 16:57  
Siyasət Milli Məclisin komitələrində büdcə müzakirələri sona çatdı, plenar iclasa tövsiyə olundu

Milli Məclis komitələrinin birgə iclasında "Azərbaycan Respublikasın

arrow Ətraflı
Korrupsiyaya qarşı Mübarizə Bİ-də Əməliyyat İdarəsinə yeni rəis təyin olunub like
  • 06 Noy 16:55  
Digərləri Korrupsiyaya qarşı Mübarizə Bİ-də Əməliyyat İdarəsinə yeni rəis təyin olunub

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yeni t

arrow Ətraflı
MÜSİAD üzvləri arasında Azərbaycanın tanıtımı bundan sonra da aparılacaq like
  • 06 Noy 16:54  
Digərləri MÜSİAD üzvləri arasında Azərbaycanın tanıtımı bundan sonra da aparılacaq

"MÜSİAD üzvləri arasında Azərbaycanın tanıtımı bundan sonra da ap

arrow Ətraflı
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2 milyon 250 min manat ayrılıb like
  • 06 Noy 16:52  
Siyasət Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2 milyon 250 min manat ayrılıb

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında əkin sahələrinin

arrow Ətraflı
Milli Məclisin komitələrində büdcə müzakirələri sona çatdı, plenar iclasa tövsiyə olundu like
  • 06 Noy 16:49  
Digərləri Milli Məclisin komitələrində büdcə müzakirələri sona çatdı, plenar iclasa tövsiyə olundu

Milli Məclis komitələrinin birgə iclasında “Azərbaycan Respublikasını

arrow Ətraflı
Terrorçulara qoşulan Günəş Suriyada öldürüldü like
  • 06 Noy 16:49  
Dünya Terrorçulara qoşulan Günəş Suriyada öldürüldü

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında daha bir antiterror əmə

arrow Ətraflı
“Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət abadlaşdırılıb like
  • 06 Noy 16:44  
Digərləri “Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət abadlaşdırılıb

Noyabrın 5-də IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin a

arrow Ətraflı
MÜSİAD üzvləri arasında Azərbaycanın tanıtımı bundan sonra da aparılacaq (ÖZƏL) like
  • 06 Noy 16:43  
Digərləri MÜSİAD üzvləri arasında Azərbaycanın tanıtımı bundan sonra da aparılacaq (ÖZƏL)

MÜSİAD üzvləri arasında Azərbaycanın tanıtımı bundan sonra da aparıla

arrow Ətraflı
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2 milyon 250 min manat ayrılıb like
  • 06 Noy 16:40  
Digərləri Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2 milyon 250 min manat ayrılıb

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında əkin sahələrinin

arrow Ətraflı
Pərvizlə Türkan niyə ayrılıb? like
  • 06 Noy 16:39  
Şou-biznes Pərvizlə Türkan niyə ayrılıb?

Duetləri ilə populyarlıq qazanan meyxanaçı Pərviz Bülbülə ilə müğən

arrow Ətraflı