Yanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq


Digərləri 06 Noy 2019 17:04:00 247 0

Yanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq

1 yanvar 2020-ci ildən etibarən icbari tibbi sığortanın (bundan sonra İTS) bütün ölkə üzrə tətbiqi məqsədilə keçən ilin sonlarında "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda (bundan sonra Qanun) dəyişiklik edilib və ölkə başçısı tərəfindən "Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" fərman imzalanıb. Fərmana uyğun olaraq "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (bundan sonra TƏBİB) publik hüquqi şəxs yaradılıb və bir çox dövlət tibb müəssisələrinin TƏBİB-in tabeliyinə verilməsi ilə bağlı qərar qəbul edilib.

Son.az xəbər verir ki, baku.ws-in sorğusuna cavab verən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi açıqlayıb ki, qanuna əsasən xidmətlər zərfi baza və əlavə hissələrdən ibarət olacaq. Baza hissə üzrə tibbi xidmətlər (ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti) dövlət büdcəsi hesabına göstəriləcək. 

Əlavə hissəyə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığorta haqqı ödənilməlidir. 

Milli Məclis, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan şəxslər, seçkili ödənişli vəzifədə işləyən şəxslər, habelə neft-qaz və dövlət sektorlarında çalışanlar aylıq məvaciblərinin 2%-i məbləğində, işəgötürənlər isə hesablanmış əməyin ödənişi fondunun aylıq 2%-i məbləğində icbari tibbi sığorta haqqı ödəyəcəklər.

Aşağıdakı şəxslər illik 120 manat icbari tibbi sığorta haqqı ödəyəcək: