“Etihad Airways” və “China Southern” Heydər Əliyev Beynəlxalq Aeroportunda ən punktual aviaşirkətlər olub


Digərləri 06 Noy 2019 16:51:00 250 0

“Etihad Airways” və “China Southern” Heydər Əliyev Beynəlxalq Aeroportunda ən punktual aviaşirkətlər olub

Azərbaycanın əsas hava limanı Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin oktyabr ayı üçün ən punktual aviaşirkətlərin reytinqini tərtib edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, 2019-cu ilin oktyabr ayında Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşən aviaşirkətlər arasında ən yüksək nəticəni - 100% punktuallıq ilə BƏƏ-nin milli aviadaşıyıcısı "Etihad Airways" və Çinin "China Southern" aviaşirkəti göstəriblər.

"Uzbekistan Airways", "Qatar Airways", "Aeroflot", "Air Arabia" и "UIA" (Ukrayna Beynəlxalq Hava Yolları) planlaşdırılmış uçuşların ən azı 90%-ni yerinə yetiriblər.

"Lufthansa" (89.6%), "flyNas" (88.9%), "Kuwait Airways" (87.5%) , "Türk Hava Yolları" (86.5%) və "Belavia" (86.4%) həmçinin yüksək nəticələr göstəriblər.

Ümumilikdə isə, 2019-cu ilin oktyabr ayı ərzində uçuşların 77%-i planlaşdırılmış cədvələ uyğun və ya cədvəldən 15 dəqiqədən artıq olmayan gecikmə ilə yerinə yetirilib.