“Üzeyiri yamsılayırlar”


Şou-biznes 06 Noy 2019 15:59:00 207 0

“Üzeyiri yamsılayırlar”

Mənə hərdən bir neçə ifaçı barədə sual verirlər. Deyirəm  ki, yaxşı ifaçıdır. Bir ifaçının 100 min, bir milyon dinləyicisi varsa, onlara pis deməyə haqqım yoxdur.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "MTV Azərbaycan"da yayımlanan "Söhbətsiz" verilişində Xalq artisti Samir Cəfərov deyib.

O, müğənni Üzeyir Mehdizadəni dəstəklədiyini bildirib:

"Kim nə gəldi danışır ki, o, özfəaliyyətdir. Bu oxuya bilmir. Bu sözlərin yeri yoxdur. Hərə öz işiylə məşğul olsun. Hərənin öz yolu, tamaşaçısı var. Nə qədər peşəkar musiqiçi olursa, olsun. Siz yaxşı iş görün, sizi dinləsinlər.

Bazara mal çıxarıram. Sən malının sata bilmirsənsə, o, satırsa günah özündədir. Deyirlər ki, Üzeyir Mehdizadə. Söyləyirəm ki, əla ifaçıdır. Hamı klassik oxumamalıdır ki...