Arif Hacılı: Müsavat Partiyası noyabrın 10-a təyin edilmiş mitinqi təxirə salıb


Digərləri 06 Noy 2019 15:51:00 251 0

Arif Hacılı: Müsavat Partiyası noyabrın 10-a təyin edilmiş mitinqi təxirə salıb

Müsavat Partiyası noyabrın 10-a təyin edilmiş mitinqi təxirə salıb.

Bakı. Elçin Mehdiyev - Müsavat Partiyası noyabrın 10-a təyin edilmiş mitinqi təxirə salıb. Partiya başqanı Arif Hacılı Trend-ə bildirib ki, onlar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Müsavat Partiyasına mitinq üçün ayırdığı ərazi ilə razı deyillər. Qeyd edək ki, BŞİH Müsavat Partiyasının müraciətinə baxıb və mitinqin noyabrın 10-da Lökbatan qəsəbəsi, 28 may küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin