Akif Çovdarov və digər MTN generalları yenidən Ali Məhkəməyə müraciət ediblər


Digərləri 06 Noy 2019 14:15:00 379 0

Akif Çovdarov və digər MTN generalları yenidən Ali Məhkəməyə müraciət ediblər

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalları - Akif Çovdarov, Teymur Quliyev, Elçin Quliyev və Sübahir Qurbanov yenidən Ali Məhkəməyə müraciət ediblər.

Son.az APA-ya istinadən xəbər verir ki, generallar ayrı-ayrılıqda kassasiya şikayəti verərək barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

A. Çovdarovun şikayəti hakim Əziz Seyidovun icraatına verilib və məhkəmə iclası noyabrın 21-nə təyin edilib.

T. Quliyev və S. Qurbanovun şikayətləri hakim İlqar Qılıcovun icraatına verilib. Hələlik onların məhkəməsinin vaxtı təyin edilməyib.

Digər general E. Quliyevin şikayəti hakim Fərhad Əliyevin icraatına verilib. Onun məhkəməsinin də vaxtı hələlik məlum deyil.